İran və ABŞ arasındakı müzakirələrin beşinci raundunun sonunda xarici işlər naziri müzakirələrin peşəkar ab-havada keçirilməsi, digər tərəf üçün İranın mövqelərinin daha da aydınlaşması, İslam Respublikasının prinsipləri qorunmaq şərti ilə yeni təkliflərin nəzərdən keçirilməsindən xəbər verib.
Seyid Abbas Əraqçi bildirib: "Bu raund müzakirələr indiyədək danışıqların ən peşəkar mərhələlərindən biri idi. Bir daha İran İslam Respublikasının mövqeyi və prinsipləri açıq və qəti şəkildə təqdim edildi".
O hazırda digər tərəfin İranın mövqeləri haqqında daha dəqiq və aydın anlayış əldə etdiyini bildirərək qeyd edib: "Oman xarici işlər naziri də bu raundda maneələri aradan qaldırmaq və müzakirələri irəli aparmaq üçün həll yollarının təqdim edilməsi üçün səylər göstərdi.
Sizin rəyiniz